Xəbərlər
Azərbaycan və Sloveniya müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərini müzakirə etdilər
Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Yanko Veber ilə görüşüb.
Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.