YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır

2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq. Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-dakı iclasında deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunan məsələlərdən 22-si büdcə zərfinə daxildir. Büdcə zərfinə daxil olan məsələlər ölkənin iqtisadi vəziyyətini özündə ehtiva edir.

Milli Məclisin sədri deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb.