YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək məqsədilə BMT-nin İnkişaf Proqramına maliyyə yardımı ayırıb

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans yerli hökumətə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bu günədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.

Britaniya xarici işlər və inkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualına cavab olaraq bildirib: “Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı necə dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyununda Britaniyanın Müdafiə Nazirliyi bu ölkəyə partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib. Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atılması üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500 min funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bu maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədilə bu sahə üzrə təlimlərin keçirilməsinə və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”.

Britaniyalı parlamentarinin sualı, eləcə də XİN rəsmisinin cavabı Britaniya parlamentinin rəsmi internet səhifəsinə yerləşdirilib.