YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-Azərbaycanın xilaskar partiyası

Elşad Mirbəşir

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Ötən əsrin  90-cı illərinin astanasında postsovet məkanında dünyanın sonrakı siyasi mənzərəsinə ciddi təsir edəcək proseslər cərəyan etməkdə idi. Artıq SSRİ-nin süqutunun qaçılmaz olduğu bütün əlamətləri ilə görünürdü. Bütün postsovet cəmiyyətlərində olduğu kimi, Azərbaycan cəmiyyətində də milli-azadlıq ruhu kifayət qədər güclənmişdir. Lakin müstəqilliyimizə qovuşmaqla yanaşı, xalqımız başqa bir ciddi problemlə-ermənilərin əsassız ərazi iddiaları ilə üz-üzə qalmalı oldu. Təbii ki, olduqca mürəkkəb, bəzi hallarda isə, qeyri-müəyyən bir vəziyyətdə soydaşlarımızın kütləvi şəkildə öz tarixi torpaqlarından didərgin salınması sözün əsl mənasında ölüm-qalım mübarizəsini qaçılmaz edirdi. Vəziyyəti gərginləşdirən ən başlıca amil də elə ölkə daxilindəki siyasi qeyri-müəyyənlik, böhran və xaos idi. Həm müstəqillik ərəfəsində, həm də SSRİ-nin süqutu ilə müstəqilliyin əldə olunmasından sonra ciddi daxili fikir ayrılığı, qarışıq siyasi mübarizələr ölkənin gələcəyi ilə bağlı nikbin düşünmə imkanlarını məhdudlaşdırırdı. Yenicə müstəqilliyinə qədəm qoymuş bir ölkənin, xalqın yeganə prioriteti bu müstəqilliyi möhkəmləndirməkdən, dönməz etməkdən ibarət olmalı idi. Lakin həmin dövrün reallıqlarını bunun tam əksini göstərirdi. Daxili siyasi müstəvidə xaos dərinləşməkdə idi. Müvafiq olaraq, beynəlxalq müstəvidə də milli maraqların qorunması imkanları da yox səviyyəsində idi. Belə bir vəziyyətdə təbii olaraq Azərbaycan xalqının nəzərləri yalnız bir istiqamətə yönəldi. Yalnız Ulu Öndər Heydər Əliyev kimi dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan, müdrik və möhkəm iradəli bir lider dövlətçiliyimizi, müstəqilliyimizi qoruya bilərdi. Buna görə də bütün vətənpərvər insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycan xalqının iradəsini, istəyini ifadə edərək 91 nəfər ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Ulu Öndərin özünün də dediyi kimi, o ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu nümayiş etdirdi və yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə razı oldu. Bu, sözün əsl mənasında Azərbaycan xalqının, Azərbaycan dövlətinin xilası idi. Ulu Öndər həmin dövrün mürəkkəbliyini dərindən dərk edirdi və bilirdi ki, təxirəsalınmaz tədbirlər görülməzsə, xalqımızı, ölkəmizi böyük fəlakətlər gözləyəcək. Təbii ki, siyasi partiyanın yaradılması dövlət və xalq naminə daha səmərəli fəaliyyət göstərmək üçün zamanın tələbi idi. 1992-ci ilin 21 noyabr tarixində Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarını əhatə edən nümayəndələrin iştirak etdiyi Yeni Azərbaycan Partiyasının təsis konfransı baş tutdu. Təsis konfransında Ulu Öndər Heydər Əliyevin də zamanında vurğuladığı kimi bu günün, sabahın və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsi qəbul olundu. Hesab edirəm ki, bu, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisəsi idi. Belə ki, bu tarixdə Azərbaycanın xilaskar partiyası Yeni Azərbaycan Partiyasının yaranması ilə yanaşı, həm də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyası yarandığı gündən öz üzərinə Azərbaycan xalqını, Azərbaycan dövlətini xilas etmə missiyasını götürmüş oldu. Azərbaycan xalqının yaxından dəstəyi ilə iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində ümummilli həmrəyliyə nail oldu və bu həmrəyliyi davamlı olaraq gücləndirdi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə ikinci dəfə ali siyasi hakimiyyətə gəlişindən sonra ölkədə hökm sürən siyasi xaosa, qarşıdurmalara son qoyuldu, milli inkişaf prioritetləri müəyyənləşdirildi. Daxili siyasi sabitliyin təmin olunması milli iqtisadi sistemin ilkin effektiv elementlərini formalaşdırmağa imkan verdi. Bu baza əsasında milli Ordu quruculuğu sahəsində də təsirli addımlar atıldı. Azərbaycan Respublikası beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində öz mövqelərini müəyyən etmək və qorumaq imkanı qazandı. Heydər Əliyevin böyük iradəsi, diplomatik bacarığı və uzaqgörənliyi sayəsində 1994-cü il 20 sentyabr tarixində Əsrin Müqaviləsi imzalandı. Bu müqavilənin imzalanmasının özü də milli tariximizdə olduqca təsirli bir hadisə oldu. Çünki, məhz bu müqavilənin imzalanması sayəsində inkişamızı təmin edən addımların atılması mümkün oldu. Ulu Öndərin daxili siyasi sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması, ordu quruculuğu və diplomatiya sahəsində atdığı addımlar dövlətimizin müstəqilliyini dönməz etdi, ölkəni davamlı inkişaf yoluna qoydu. Yeni Azərbaycan Partiyasına böyük xalq dəstəyi bir daha Azərbaycan xalqının müdrikliyini gəstərdi. Belə ki, ölkəmizin bütün parametrlər üzrə yüksək inkişaf göstəriciləri ilə bərabər, 44 günlük Vətən Müharibəsində tarixi qələbəmiz də məhz Yeni Azərbaycan Partiyası iqtidarının böyük milli töhfəsidir.  

Müstəqilliyimiz, dövlətçiliyimiz, tərəqqimiz naminə mühüm siyasi qərarların verildiyi və fəaliyyətin göstərildiyi tarixi bir platformaya çevrilən Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi partiyası olmaqla, Banisi Heydər Əliyevin ideyaları əsasında yaradıcılıq, quruculuq ruhunu günü-gündən gücləndirməkdədir. Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası özünün siyasi çevikliyini, milli inkişaf naminə təşəbbüskarlığını artırmaqda, elektoral bazasını gücləndirməkdədir. Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşməklə, onun da bütün ömrünü xalqımıza, dövlətçiliyimizə həsr etdiyinə əminliyini ifadə edir. Yeni Azərbaycan Partiyası iqtidarının ölkəmizi bundan sonra da daha böyük uğurlara aparcağına hər bir azərbaycanlı inanır.