YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Onun Türk dünyası qarşısındakı fədakar xidmətlərinin nəticəsi, layiqli yüksək qiymətidir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Onun Türk dünyası qarşısındakı fədakar xidmətlərinin nəticəsi, layiqli yüksək qiymətidir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması mühüm əhəmiyyət kəsb edən tarixi hadisə olmaqla yanaşı, Onun dünya miqyaslı lider olmasının, beynəlxalq aləmdə və türkdilli dövlətlər arasında yüksək nüfuza malik olmasının göstəricisidir: “Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin müdrikliyini, uzaqgörənliyini, prinsipiallığını və qətiyyətini dünyaya nümayiş etdirmiş oldu. Məhz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə Türkdilli  ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə verdi, Türkdilli dövlətlər arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə, daha da inkişaf etməsinə zəmin yaratdı. Təsadüfi deyil ki, Ordenin təqdimatı mərasimində bir daha qeyd edildi ki, Azərbaycanın Türk Şurasına sədrlik etdiyi 2019-2021-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən Türk Şurasının fəaliyyətinin gücləndirilməsi, türkdilli dövlətlər arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində böyük uğurlar əldə olunub”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin çıxışı zamanı “mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır” deməsi dövlət başçısının Azərbaycan xalqına olan sevgisinin və bağlılığının təzahürü idi.