YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiyanın qızıl fondu hesab edilən bir qrup partiya veteranı ilə görüş təşkil edib.

Rayon təşkilatının sədri Azər Süleymanov veteran partiya üzvlərinin problem və qayğıları ilə maraqlanıb, onlara hər zaman dəstək olacaqlarını bildirib.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaşlı insanlara sosial dəstək siyasətindən də danışan A.Süleymanov qeyd edib ki, bu gün ölkədəki ahıllar dövlət tərəfindən hərtərəfli maddi və mənəvi dəstəklə əhatə olunurlar.