YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elnur Vəliyevin ildönümü mərasimi keçirilib

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı Vəliyev Elnur Əli oğlunun ildönümü mərasimi keçirilib.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayevanın, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidin Ucar Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Sonra rayon mərkəzində şəhidin xatirəsinə inşa edilən abidə lövhəsinin açılışı olub, ehsan süfrəsi açılıb. Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım, şəhid valideynləri, əsgər və zabitlər də iştirak ediblər.

Qeyd edək ki, şəhid Elnur Vəliyev oktyabrın 26-da Xocavənd uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.