YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Üştərəfli Bəyanat həm Azərbaycan, həm də Ermənistan üçün “yaşıl işıq” yandırmış oldu

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir oldu, həmrəy oldu. Həmrəy oldu ki, torpaqlarını işğaldan azad etsin. Hamı qələbə ruhu ilə vuruşurdu. Azərbaycan xalqını Qələbənin ildönümü münasibətilə təbrik edirəm. Ölkədə yaradılan güclü iqtisadiyyat, möhkəm ordu quruculuğu və düzgün siyasət qələbəni şərtləndirdi. Bütün dünya Azərbaycanın İkinci Qarabağ müharibəsində güclü dövlət olduğunun şahidi oldu.

Bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov noyabrın 12-də “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda BMTM-də keçirilən müzakirələr zamanı bildirib.

10 noyabr tarixli üçtərəfli Bəyanatın hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdıran Sergey Markov bildirib ki, 3 rayonun döyüşsüz təhvil verilməsi yüzlərlə gənc əsgərin sağ qalması demək idi.

O deyib: “Rusiya bu çətin dövrdə hər iki ölkəyə öz dəstəyini göstərdi. Kazan prinsipləri əsasında razılaşma çox vacib idi. Üçtərəfli Bəyanat həm Azərbaycan, həm də Ermənistan üçün “yaşıl işıq” yandırmış oldu və bu sənədin imzalanmasında Rusiyanın rolunu danmaq mümkün deyil”.