YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Tural Bayramlının ildönümü mərasimi keçirilib

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəman oğullardan biri, Cəbrayılın Daş Veysəlli kəndindən olan şəhid Bayramlı Tural Ədil oğlunun ildönümü mərasimi keçirilib.

Beyləqanın Qəhrəmanlı kəndində baş tutan anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının nümayəndələri və partiya fəalları, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub. Mərasimdə tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərərək canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrinin xalqımızın yaddaşında əbədi qalacağı qeyd olunub. Bildirilib ki, Turalın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, xalqımızın qəlbində əbədi yaşayan igid Vətən övladlarıdır.

Daha sonra tədbir iştirakçılarının bir qrupu şəhidin ailəsi ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.