YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Həsən Quliyevin anım mərasimi keçirilib

Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi,  Yeni Azərbaycan Partiyası YAP Qobustan rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri,  rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Qobustan rayonu Sündü  kəndindən Quliyev Həsən Yalçın oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Qeyd edək ki, Şəhid Quliyev Həsən ölmündən sonra  Prezident İlham Əliyevin sərəncamları ilə “ Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə” “ Xocavəndin azad olunmasına görə” və “ Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Mərasimdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığı vurğulanıb. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.