Xəbərlər
Milli Məclisin deputatı Kamilə Əliyeva seçicilərlə görüşüb

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatalada Heydər Əliyev Mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əsasən sosial, məşğulluq və sair məsələlər müzakirə edilib. Gündəmə gətirilən məsələlərin bir qismi yerindəcə həll olunub, digər qismi ilə bağlı aidiyyati qurumlara müraciət ediləcəyi bildirilib.
Kamilə Əliyeva dövlətimizin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını qeyd edərək, bu istiqamətdə atılan addımların uğurlu nəticələrindən bəhs edib. İşsizlik, məşğulluq problemlərinin həllinə yönələn addımlardan biri kimi yeni iş yerlərinin açılması xüsusi vurğulanıb. O da qeyd edilib ki, vətəndaş məmnunluğunun artırılması qarşıya qoyulan əsas hədəflərdəndir. İdarəçilik sistemində yeniliklərin tətbiqi, Azərbaycan brendi kimi dünyaya səs salan yeni layihələrin icrası da bu məqsədə xidmət edir.
Secicilər səmimi keçən görüşdən məmnunluqlarını, həmçinin onları narahat edən məsələlərin həllini tapacağına əminliklərini ifadə ediblər.