YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Xərclərin 15 faizi təhlükəsizliklə bağlı sahəyə yönəldiləcək

Diasporun fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın hüquqlarının beynəlxalq və Avropa məhkəməsində qorunması üçün dövlət büdcəsindən 13 milyon manat vəsait ayrılıb. İnsan hüquqlarının müdafiəsi üçün isə 4 milyon manat nəzərdə tutulub.

Bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisdə 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Maliyyə naziri diqqətə çatdırıb ki, ölkədə geosiyasi vəziyyət nəzər alınmaqla ölkənin müdafiəsinin möhkəmləndirilməsi, dövlət sərhədlərinin qorunması prioritet məsələ kimi qalmaqdadır. Xərclərin 15 faizi məhz bu sahəyə yönəldiləcək.

“2022-ci ilin dövlət büdcəsində məhkəmə, ədliyyə və hüquq sahəsinə 13 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur”, - deyə Samir Şərifov əlavə edib.