Xəbərlər
Millət vəkili Fatma Yıldırım Bərdədə Şəhidlər abidəsinin açılışında iştirak edib

Milli Məclisin deputatı Fatma Yıldırım, Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri rayonun Yeni Daşkənd kəndində sakinlərin təşəbbüsü və birgə fəaliyyəti nəticəsində yaradılmış Şəhidlər abidəsinin açılışında iştirak ediblər.
Tədbir iştirakçıları 30 illik həsrətdən sonra bizləri Qarbağımıza qovuşduran şəhidlərimizin ruhu qarşısında baş əyib, Allahdan rəhmət diləyiblər.
Fatma Yıldırım bildirib ki, öz qanları, canları ilə ilə tarix yazan şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Milli birlik nümayiş etdirərək qazandımız tarixi Zəfərimizin birinci ildönümü ərəfəsində yeni daşkəndlilərin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə göstərdikləri bu həmrəylik təqdirəlayiqdir. Dövlətimizin şəhidlik zirvəsinə ucalan Vətən oğullarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlıdır. Bu işdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, öz töhfəsini verməlidir.
Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, otən əsrin ortalarında Azərbaycanın qədim Göycə mahalından deportasiya olunaraq Bərdəyə yerləşmiş daşkəndlilərin yaşadığı bu kənddə fərqli sevinc və coşqu hiss olunur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarında daim bəyan etdiyi kimi, bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq.