YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə görüşüb.
İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın daim Azərbaycanı dəstəklədiyi vurğulanıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələrin imzalandığı qeyd edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişaf etməsinə səbəb olduğu bildirilib.
Sonra Baş nazir Artur Rasizadənin adından Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.

 

DİGƏR Xəbərlər Arxiv