YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə şəhərində “Zəfər günün mübarək, Azərbaycan!” adlı bayram tədbiri keçirilib

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Bərdə rayonunun Mərkəzi Meydanında “Zəfər günün mübarək, Azərbaycan!” adlı təntənəli bayram tədbiri keçirilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub, önünə tər güllər düzülərək onların xatirəsi ehtiramla yad olunub.

Sonra Bərdə rayon Rəsm Qalereyasının qarşısında təşkil edilmiş rəsm sərgisinə, “Keçən günlər bir xatirədir!” adlı Vətən müharibəsi şəhidlərinin mülki şəkillərindən ibarət foto-stendə, Bərdə rayon UGİM-in təşkil etdiyi məktəblilərin əl və rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, rəhbərləri və kolllektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc, “Qarabağ” ordenli Vətən Müharibəsi qazisi Dursun Manaflı, “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi Asəf Əsgərovun atası İlqar Əsgərov, “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi şəhidi Dövran Naibovun anası Xuraman xanım, şəhid Ceyhun Rzayevin bacısı Leyla Rzayeva çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş medalların bir hissəsi şəhidlərin ailəsi və yaxınlarına, qazilərə, müharibə iştirakçılarına təntənəli şəkildə təqdim edilib.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsi rayon şöbəsinin hazırladığı konsert proqramı ilə davam edib.

Tədbirdən sonra Zəfər Günü ilə bağlı ağacəkmə kampaniyası keçirilib.

Axşam saatlarında Bərdə  şəhərində bayram atəşfəşanlığı olub.