YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əsgər İsmayılzadənin anım tədbiri keçirilib

Yevlaxda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan İsmayılzadə Əsgər Bəxtiyar oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının əməkdaşları rayonun Gülövşə kəndində şəhidin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışında iştirak edib, önünə gül dəstələri düzüblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları 8 Noyabr-Zəfər Günündən və şəhid Əsgər İsmayılzadənin şərəfli həyat və döyüş yolundan geniş bəhs ediblər.

Sonda bulaq kompleksinin önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.