YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın xarici işlər naziri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq Azərbaycanın davamlı diplomatik səyləri sayəsində daha da genişlənib

Azərbaycan özünün regionda və ondan kənarda balanlaşdırılmış xarici siyasəti və tərəfdaşları ilə müsbət əlaqələri ilə yaxşı tanındığı bir vaxtda yeni tərəfdaşlar əldə etməyə və qlobal inkişafa töhfə verməyə davam edir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq "The Business Year: Azerbaijan - 2014" jurnalına müsahibəsində bildirib.

Uilyam Heyq deyib ki, Böyük Britaniya Azərbaycanda bir nömrəli xarici sərmayədardır: "ABŞ və Cənubi Korea ölkənin vacib diplomatik tərəfdaşlarıdır, İtaliya, Fransa və İndoneziya isə Azərbaycanın ixracı üçün üç əsas istiqamətdir".

Böyük Britaniyanın xarici işlər naziri U.Heyq qeyd edib ki, ümumilikdə Azərbaycan 150-dən çox ölkə ilə ticarət əlaqələrinə malikdir və Ümumdünya Ticarət Təşkilatı, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "Bu ikitərəfli və çoxtərəfli əməkdaşlıq ötən il ərzində Azərbaycanın davamlı diplomatik səyləri sayəsində daha da genişlənib".

Nazirin sözlərinə görə, ötən ilin dekabr ayında "Şahdəniz-2" layihəsinə başlanması da Azərbaycanın Avropa üçün ixracatçı və Mərkəzi Asiyadan enerji resurslarının mümkün tranzit nöqtəsi kimi əhəmiyyətini artırdı: "Şahdəniz-2" ölkələrimiz arasında yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar və ticarət üçün yeni mənbələr yaradacaq. Bu, həmçinin Cənubi Qafqazda, Türkiyə və Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirəcək yeni təchizat mənbələri yaradacaq. Xəzər qazının əlavə təchizatı bizim enerji təhlükəsizliyimizi, iqtisadiyyatlarımızın davamlılığını və rəqabət qabiliyyətini artıracaq".

Diplomat qeyd edib ki, Böyük Britaniyanın Azərbyacanın neft və qaz layihələrinin inkişafındakı aparıcı rolundan çox məmnundur və bundan sonra da dəyərli tərəfdaşlığın gücləndirilməsinə ümid edir.

Britaniyalı diplomat həmçinin deyib ki, son illərdə Azərbaycanın xarici siyasətində ən vacib mərhələlərdən biri ölkənin inkişaf edən humanitar əməkdaşlığıdır: "Azərbaycan 2011-ci ilin dekabr ayında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaratdı və bu təşkilatın təşəbbüsü ilə bəzi ölkələrə humanitar yardım göstərildi".