YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Məşhur Məmmədov şəhidlərin ailələrini ziyarət edib, «Qəhrəmanlar parkı»nın açılışına qatılıb

    Tariximizə qızıl hərflərlə yazılan Zəfər Günümüz paytaxt və bölgələrdə bayram əhval-ruhiyyəsi ilə qeyd edilib, silsilə tədbirlər keçirilib. Masallı rayonunda keçirilən tədbirlər də bu silsilədən olub.

     Milli Məclisin deputatı  Məşhur Məmmədov tədbirlərdə iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları rayonda şəhidlərin xatirəsinə inşa edilmiş Şəhidlər kompleksində  «Qəhrəmanlar parkı»nın  açılışında iştirak ediblər. Masallının 247 şəhidinin xatirəsini özündə birləşdirən  parkda ağac əkilib.

     Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri rayonun Qızılağac kəndində şəhid Əliyev Əlisa Arif oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak ediblər. Şəhidin həyat yolundan, torpaq, Vətən sevgisindən bəhs edən Məşhur Məmmədov bildirib ki, onlar qanları, canları ilə tarix yazdılar. Tarixi Zəfərimizə görə şəhidlərimizə borcluyuq, ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

   Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin  rəhbərliyi  ilə  «Rəşadət» ordenli şəhid leytenant  Vüsal Məhərrəmovun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar   Hişkəndərə kəndində şəhidin ailəsini ziyarət ediblər. Məşhur Məmmədov bildirib ki, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların torpaq, Vətən sevgisi gənclərimizdə vətənpərvərlik ruhunun daha da artmasına öz müsbət təsirini göstərəcək. Torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Azərbaycan xalqı məğrur, yenilməz, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi.

  Millət vəkili dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından bəhs edərək bildirib ki, bu, hər birimizin borcudur.

  Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv