Xəbərlər
Millət vəkili Kamilə Əliyeva Zəfər Günü ilə bağlı Zaqatala və Balakəndə keçirilən tədbirlərdə iştirak edib

Milli Məclisin deputatı Kamilə Əliyeva 8 Noyabr- Zəfər Günü ilə bağlı Zaqatalada keçirilən tədbirdə iştirak edib. Tədbir Vətən müharibəsi şəhidlərinin məzarının, daha sonra "Şəhidlər xiyabanı" xatirə kompleksinin ziyarəti ilə başlayıb. "Zəfər kompleksi" abidəsinə qədər yürüş təşkil olunub. Tədbir rayon ərazisində ağacəkmə aksiyasının keçirilməsi ilə ilə başa çatıb.
Daha sonra millət vəkili Kamilə Əliyeva Balakəndə keçirilən tədbirə qatılıb. Əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında Vətən oğullarımızın xatirəsi yad edilib. Daha sonra Katexdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Tədbir rayon ərazisində ağacəkmə aksiyası ilə davam edib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatları- Kamilə Əliyeva və Nəsib Məhəməliyev çıxış ediblər.
Zəfər Gününə həsr edilən tədbir konsert proqramı ilə başa çatıb.