Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Cıdır düzündən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan, Cıdır düzündən fotolar paylaşıb.
Paylaşımda deyilir: “Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!”.