YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Xalqın maraqları əsasında qurulan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfəri tarixi Qələbədir. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə həm də regionda yeni reallıq yaratdı. Bu reallıq təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradıb.

Azərbaycan öz tarixi Qələbəsi ilə dövlətimizin inkişafına və təhlükəsizliyinə maneə olan Ermənistanı diz çökdürdü, beynəlxalq təşkilatların və dünya ölkələrinin edə bilmədiyini bacardı.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının noyabrın 5-də keçirilən növbəti iclasında deyib.

Milli Məclisin sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqın maraqları əsasında qurulan dövlət siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün dünyada kifayət qədər tanınır və söz sahibidir.

Sahibə Qafarova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti nəticəsində Azərbaycanın qüdrəti gündən-günə artır, Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bizim gücümüz birliyimizdədir. Çünki xalq-iqtidar birliyinin, güclü ordunun qarısında düşmən tab gətirə bilmədi və qarşımızda diz çökdü.

Milli Məclisin sədri vurğulayıb ki, biz hamımız Vətən üçün canından keçən şəhidlərimizə borcluyuq.