YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Məşhur Məmmədov şəhid ailəsini ziyarət edib, Şəhidlər Kompleksinin və Şəhidlər bulağının açılışlarına qatılıb

Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri rayonun Köçəkli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş Şəhidlər  Kompleksinin, İmanlı kəndində   Şəhidlər bulağının  açılışlarında iştirak edib, Viləş kəndində şəhid qardaşlar- İntiqam və  Nurlan Əsgərlinin ailəsini ziyarət ediblər.

  M.Məmmədov bildirib ki, hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Onların torpaq,Vətən sevgisi gənclərimizdə vətənpərvərlik ruhunun daha da artmasına öz müsbət təsirini göstərəcək. Əbəs yerə deyilmir ki, şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaqlar.  Zəfər sevincini bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.

  Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.