YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Prezident İlham Əliyev adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı

    «Bu gün artıq  tarixə qovuşmuş  Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə  dövlətimizin atdığı addımlar, aparılan sülh danışıqları   Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın ikili standartlara əsaslanan siyasəti ucbatından nəticəsiz qalsa da,  44 günlük savaşda  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu  işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi.  Vətən müharibəsi və postmünaqişə  dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan İlham Əliyevə  xalqımızın  məhəbbətini daha da artırıb.  2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciətində   cənab İlham Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işlərin məhz onun xalqa arxalanaraq  həyata keçirəcəyinə  əminliyini ifadə etmişdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən  cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verdi. Son 18 ildə əldə olunan hər bir uğur verilən vədlərin reallıqda öz əksini tapmasıdır. İllər bir-birini əvəzlədikcə xalqımız 2003-cü ildə etdiyi seçimində  yanılmadığını  görür, Azərbaycanın daha xoşbəxt gələcəyinə inandığını  fəxrlə və qürurla bir daha bəyan edir. Necə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı ulu öndər Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf etdirdi, dahi liderin  vəsiyyətini yerinə yetirdiyi üçün bu gün xoşbəxdir. Məhz Ulu Öndərin özünün layiqli siyasi varisinə vəsiyyət etdiyi ərazi bütövlüyümüz təmin olundu, Şuşamız azad edildi.»

  Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə vurğulayıb  ki, Azərbaycan xalqı öz taleyini zamanında  məhz Prezident İlham Əliyevə etibar etməklə böyük  müdriklik və uzaqgörənlik nümayiş etdirib: «Dövlət başçısının  hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının daha etibarlı qorunmasını, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. İlk gündən «Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan  vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin» vədini verən Prezident İlham Əliyev son 18 ildə bunu əməli işi ilə təsdiqlədi. Hər zaman  vətəndaşının yanında olan ölkə Prezidenti  insan amilinə verdiyi dəyərlə bu gün sivil  dünyanın diqqətindədir. Azərbaycanın adının dünyanın ən islahatçı, xoşbəxt ölkələri sırasında yer alması da  təsadüfi deyil. Bütün bunlar dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə  xidmət edən addımlardan  irəli gəlir. Azərbaycan bu gün dünyada, həmçinin  sosial dövət kimi nüfuz qazanıb, yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi tanınır.»

   YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  postmünaqişə dövrünün reallıqlarına diqqət yetirdikdə Prezident-xalq birliyinin sarsılmazlığını,  daha da möhkəmləndiyini  görürük:  «Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin müasir tələblərə uyğun bərpası və yenidən qurulması üçün tapşırıqlarını veməsi, qarşıdakı hədəflərin gerçəkləşməsi üçün inkişaf konsepsiyasını təqdim etməsi də bu tərkibdəndir. Təkcə son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı rayonları ) 8 dəfə səfər edib, bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Dövlət başçısının səfərlərinin əsas məqsədi bərpa və  yenidənqurma işləri ilə  yerində tanış olmaq,  prosesi şəxsi nəzarətdə saxlamaq, işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla aparılmasını təmin etməkdir»

   Vüqar Rəhimzadə qeyd edib ki, ermənilərin xarabalığa çevirdikləri ərazilər bu gün  Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində  tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaradılır: «Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident  Mehriban xanım  Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunələr göstərirlər. Bu görüşlərdə cənab İlham Əliyevin ona ünvanlanan  çoxsaylı təşəkkürlərə cavabı hər birimizdə qürur hissi yaradır. Ölkə Prezidenti bildirir ki, mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur.  Artıq keçmiş məcburi köçkünlər ümidlə, qürurla yaşayırlar. Bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaq, yenidən bərpa etməkdir. Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan, xalqın rəğbəst bəslədiyi və ardınca getdiyi Liderdir. 44 günlük İkinci Qarabağ müharibəsində böyük  Zəfərimiz möhtərəm  Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tariximizə  qalib  Sərkərdə kimi qızıl hərflərlə yazdı. Bu gün dövlət başçısı işğaldan azad edlmiş ərazilərimizə  böyük qürurla,  qalib Ali Baş Komandan  kimi səfər edir,   yeni reallıqları diktə edən tərəf kimi bu torpaqlardan  işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını ünvanlayır. Məhz bütün bunlara görə dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir.»