YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhidlərin ildönüm mərasimiləri keçirilib

Oktyabrın 29-da YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış igidlərin -Hümbətov Şahin Ərcüvan oğlunun və Tağıyev Fuad Mərdan oğlunun il mərasimində iştirak ediblər.

Ziyarətçilər şəhidlərin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Mərasimdə hər iki şəhidin keçdiyi döyüş yollarından danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.