YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Elxan Məmmədovun məzarı ziyarət edilib

Qobustanın Cəyirli kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Elxan Bədəl  oğlunun məzarı ziyarət edilib.

Mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatının, Hüquq Mühafizə Orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar. Anım mərasimi ilə əlaqədar keçirilən tədbirdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Qeyd edək ki, Elxan Məmmədov “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” ,  “Xocavəndin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.