YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Aqşin Ağayevin zəngin döyüş yolu gənclər üçün örnəkdir

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış Ağayev Aqşin Şirvan oğlunun Ulucalı kəndində keçirilən il mərasimində iştirak ediblər.

Onlar öncə şəhidin məzarını ​ziyarət edərək üzərinə tər güllər düzüblər. Sonra şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Mərasimdə Aqşin Ağayevin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.