YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi və “Ze!Molodijka” təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Xarkov Diplomatiya Klubunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Ukraynanın hakim “Sluqa Narodu” partiyasının “Ze!Molodijka” gənclər qolu arasında görüş keçirilib.

“Sluqa Narodu” partiyasının “Ze!Molodijka” gənclər qolunun fəxri sədri, Ukrayna Ali Radasının deputatı Oleksandr Sançenko YAP Gənclər Birliyinin nümayəndə heyətini salamlayaraq səfər dəvətini qəbul etdiklərinə görə minnətdarlıq ifadə edib. Ukrayna gəncləri adından Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə təbriklərini çatdırıb. Təmsil etdiyi “Ze!Molodijka” təşkilatının YAP Gənclər Birliyinin qazandığı geniş təcrübədən yararlanmaqda maraqlı olduğunu bildirən O.Sançenko tərəflər arasında sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. 

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov göstərilən qonaqpərvərliyə və dəvətə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edib, regionda yeni reallıqlar yaradıb.

Azərbaycan və Ukrayna arasında mövcud tarixi dostluq münasibətlərindən söhbət açan B.İslamov bu amilin iki ölkə gənclərinin gələcək fəaliyyətlərinin daha da möhkəmlənməsində vacib rol oynayacığını deyib. O hər iki ölkənin hakim siyasi partiyalarının gənclər təşkilatları arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Ukraynanın hakim “Sluqa Narodu” partiyasının “Ze!Molodijka” gənclər qolunun fəxri sədri Oleksandr Sançenko Əməkdaşlıq haqqında Memorandumu imzalayıblar.

Sənədə əsasən, Ukrayna və Azərbaycan gəncləri arasında təcrübə mübadilələrinin aparılması, birgə layihələrin reallaşdırılması və əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, birgə xatirə şəkli çəkdirilib.