YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspertlər ATƏT-in Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə MDB ölkələrinin XİN rəhbərlərinin Birgə Bəyanatının layihəsini razılaşdıracaqlar

Martın 12-13-də Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı.  1 yanvar 1995-ci ilə qədər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanıb - AZƏRTAC) Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə MDB ölkələrinin XİN rəhbərlərinin Birgə Bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaqdır.

Belə bir sənədin hazırlanması təşəbbüsü keçən il oktyabr ayında “MDB iştirakçıları olan dövlətlərin ATƏT-də qarşılıqlı fəaliyyəti haqqında” XİN-lərarası məsləhətləşmələrin iştirakçıları tərəfindən irəli sürülüb.
Bu il yanvar ayında “2015-ci ildə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” məsləhətləşmələrdə bu təşəbbüs bəyənilib. Məsləhətləşmələrin iştirakçıları hazırda ATƏT-də sədrlik edən Qazaxıstan XİN-ə müraciətlə bəyanatın layihəsinin mətnini hazırlamağı xahiş ediblər.
Qazaxıstanın xarici siyasət idarəsi sənədin layihəsini hazırlayıb və MDB İcraiyyə Komitəsinə müraciətlə bu layihənin Birlik iştirakçıları olan dövlətlərlə razılaşdırılmasını təşkil etməyi və onu bu il aprelin 3-də keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyi layihəsinə əlavə bənd kimi daxil olunmasını xahiş edib.