YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan- Türkiyə münasibətləri ən yüksək səviyyədədir

Rauf  Əliyev

Milli  Məclisin deputatı

Əvvəldən nəzərdə tutulduğu kimi  26 oktyabr 2021-ci il tarixdə Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın  Azərbaycana növbəti səfəri  baş tutdu. Bu səfər çərçivəsində iki qardaş ölkə liderlərinin birlikdə Fizuli Beynəlxalq Hava Limanının açlış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və “Zəngəzur” dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi bütün dünyaya verilən birlik və qardaşlıq mesajıdır.  Azərbaycan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi  Zəfərin ildönümü ərəfəsində Fizuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə hansı potensiala malik oduğunu, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra keçən bir il ərzində işğaldan azad olunmuş ərazilərdə cənab Prezident İlhm Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı tikinti –quruculuq, bərpa işləri  bütün dünyaya göstərir ki, Azərbəycan bütün sahələrdə masir tələblər səviyyəsində inkişaf etmək iqtidarındadır və qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçiriləcəkdir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla birlidə bu açlış və təməlqoyma mərasimlərində iştirakı təkcə dostluq və qardaşlıq nümunəsi deyil, bu eyni zamanda ölkələrimiz və xalqlarımız arasında möhkəm birliyin və həmrəyliyin olduğuna bariz nümunədir.

   Fizuli  Beynəlxalq Hava  Limanının istifadəyə verilməsi təkcə bu rayonun deyil, bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun  hərtərəfli inkişafına şərait yaradacaq. Eyni zamanda bu hava limanı yerləşdiyi coğrafi məkana görə eyni zamanda bütün türk dünyası üçün mühüm nəqliyyat mərkəzinə çevriləcək. İki qardaş ölkənin liderlərinin bu açlış mərasimində və təməlqoyma mərasimlərində birgə iştirak etməsi bütün dünyaya, ilk növbədə region ölkələrinə Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin nümayişidir. Bu bir daha göstərir ki hazırda Azərbaycan –Türkiyə münasibətləri tarixdə  özünün ən yüksək səviyyəsini yaşayır  və  bu münasibətlər ildən-ilə daha də möhkəmlənəcək və daha yüksək inkişaf mərhələləri fəth olunacaq.