YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid gizir Turan Muradovun anım mərasimi keçirilib

Zərdab rayonunun Körpükənd kəndində Vətən müharibəsi şəhidi gizir Muradov Turan Vaqif oğlunun anım mərasimi keçirilib.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və aparat nümayəndələri, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Pərvin Mahmudova və partiya fəalları, DTX-nın və SHXÇDX-nin Zərdab rayon şöbələrinin rəisləri, Zərdab Rayon Gənclər və İdman idarəsinin və rayon Təhsil şöbəsinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıblar. M.Camalzadə şəhidin keçdiyi döyüş yolundan bəhs edərək Turan kimi qəhrəmanlarımızın heç zaman unudulmayacağını vurğulayıb, həmçinin şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, şəhid gizir Turan Muradov ölümündən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.