Xəbərlər
YAP Yevlax rayon təşkilatı “Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirib
YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti görüş Yevlax şəhər 7 saylı tam orta məktəbdə 7-11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Tədbirdə ilk olaraq müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızn azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən əldə edilən parlaq Qələbədən danışaraq xalqımızın Qarabağ nisgilinə son qoyulduğunu qeyd edib.
Sonra tədbirdə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra YAP Yevlax rayon təşkilatının fəalı, rayonun Yəldilli kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev məruzə ilə çıxış edib.
Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçıları olan məktəblilərlə intellektual oyun keçirilib. İntellektual oyunun qalibləri mükafatlandırılıb.