YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin əziz xatirəsinə ən böyük hörmət

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru, dosent

ONLARIN AZAD EDİLMIŞ ŞƏHƏR-KƏNDLƏRİMİZDƏ ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ DÖVLƏTİN DİQQƏTİNİN GÖZƏL NÜMUNƏSİ OLACAQ

“Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək”. Milyonlarımızın ürəyindən xəbər verən bu qızıl kələmələri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdi. Dövlət başçısının sözlərinə görə, azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə - Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq”.

Sözün əsl mənasında nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan daha yaxşı bilən cənab Prezidentin Böyük Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra diqqətdə saxladığı ən vacib məsələlərdən birincisi də, məhz şəhidlərimiz və qazilərimizə olan dövlətin diqqət və qayğısıdır. Ən əsası o, şəhidlərimizin, qəhrəman qazilərimizin əməyinə ən yüksək qiyməti işğaldan azad olunan torpaqlara etdiyi səfərlərdə səsləndirdiyi yüksək fikirlərlə bildirir. Başqa sözlə, Ali Baş Komandanın şəhid qanı ilə suvarılmış torpaqlarımıza etdiyi elə bir səfərlər olmayıb ki, orada qazanılan qələbəyə görə şəhid və qazilərimizə minnətdarlıq ifadə etməsin.

Hər kəs yaxşı bilir ki, müqəddəs torpaqlarımızın azad olunması təkcə 44 günün işi deyildi. Birinci Qarabağ savaşında obyektiv və subyektiv səbəblərdən məğlubiyyətə uğradılmış, ərazisinin 20 faizini itirmiş, 11 minə yaxış şəhid vermiş, 4-5 minə yaxın itkin, 1 milyona yaxın dinc sakinləri öz dədə-baba torpaqlarından, yerindən-yurdundan didərgin salınmış bir ölkəni əvvəlcə tamamilə dağılmaqdan, parçalanmaqdan xilas etmək, sonra isə iqtisadiyyatını, ordusunu sıfırdan yaradıb, regionun ən güclü ölkəsinə çevirmək ancaq həm siyasi elmi, idarəetmə, təşkilatçılıq səriştəsi olan, həm də vətənini sevən güclü liderin illərlə həyata keçirdiyi məqsədyönlü siyasət Böyük Qələbəmizdə əsas pay sahibidir. Ancaq bu amili arxa plana keçirən dövlət başçısı hər dəfə qalibiyətimizdə iki amili xüsusi vurğulayır: birincisi şəhidlərimizin, qazilərimizin canı, ikincisi Xalqımızın “Dəmir Yumruq” kimi birliyi. Hər iki amil bir hədəfə istiqamətlənərək dövlətimizin 250 illik tarixində ilk dəfə ərazi bütövlüyümüzün tam bərpa olunması ilə nəticələndi, sonda məğlub ölkədən qalib ölkənin qürurlu vətəndaşına çevirə bildik.

Bu gün şəhid və qazilərimiz istər dövlətin, istər qədrbilən xalqımızın diqqət və qayğısı ilə əhatə olunub. Etiraf edəyin ki, hələ ki diqqətdən kənarda qalanlar da olub. Dövlət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib onların da problemləri həll edəcək. Amma bir millət olaraq hər şeyi dövlətdən gözləməməliyik. Hər kəs imkanları çərçivəsində şəhid ailələri və qazilərimizin yanında olmalığı bacarmalıdır.

Bu gün diqqət edəcəyimiz əsas məsələlərdən biri yetişməkdə olan gənc nəsilin vətənpərvərlik tərbiyəsinin şəhid və qazilərimizin qəhrəmanlıq nümunələri əsasında qurulmasıdır. Bu ilk növbədə xalqımızın “unutqanlığı” ucbatından başına gələ biləcək bəlaların önünü kəsə bilər. Düşmən yerindədir. Bu gün düşdüyü duruma görə tam məhv olmamaq üçün özünü “zavallı millət” obrazına salıb, imdad diləyir. Amma sabah fürsət yaransa, onu imkana çevirib, yenə nələrsə edə bilər. Yaxın və uzaq keçmişimizdə bədnam qonşularımızın haldan-hala düşməyinin az şahidi olmamışıq. Artıq sirr deyil ki, “ermənilik” tibb elmində sağalmaz xəstəlikdir. “Bədxassəli şiş” bu xəstəliyin yanında yalan olub. Ona görə baş qaldıranda “Dəmir Yumruq”la o, “qara yara”nı kəsib atmaq boynumuzun borcu olacaq.

Ötən bir il ərzində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür: doğulub boya başa çatdığı yerlərdə şəhidlərimizin adına bulaqlar inşa edilir, yaşadıqları küçələrə, binalara şəkilləri vurulmuş löhvələr asılır. Bunlar təqdirəlayiq haldır. Ancaq onların adlarının canlarını tapşırdıqları işğaldan azad olunan kənd, şəhər, qəsəbələrdə əbədiləşdirilməsi dövlətin diqqətinin ən böyük nümunəsi olacaq. Əvvəla təkcə döyüşlə qurtarılan 300-ə yaxın yaşayış məskənlərində tikiləcək məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evləri, salınacaq küçə və prospektləri götürsək, bütün bunlar imkan verəcək hər bir kənddə şəhidimiz adını daşıyan nələrsə olsun. Amma bununla iş bitmir. Ermənistanın kapitulyasiya aktı imzalaması nəticəsində bir güllə atılmadan qurtarılan Qarabağın dağlıq hissəsi və ətraf ərazilərə aid digər yayşayış məntəqələrini də nəzərə alsaq, ümumilikdə, 850-900-ə yaxın yaşıyış məskənlərimiz xarabalıqdan cənnət guşəsinə çevrildikdən sonra, necəki hər bir şəhid və qazi qəhrəmanımıza bir neçə medal verildi, eləcə də ayaq qoyduqları həmin yerlərdə də onların əziz xatirəsini əbədiləşdirə biləcəyik. Yəni bu məsələdə də diqqətdən kənarda qalan olmayacaq. Bu ideya cənab Prezidentə məxsus olduğu üçün onun yerinə yetiriləcəyinə heç şübhə yoxdur. Çünki onun sözü imzası qədər keçərlidir.