YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR fevralda dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən fevralda dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödənilib. Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında SOCAR tərəfindən büdcəyə ödənilən məbləğ isə 226 milyon 729 min manat olub.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, fevralda şirkət Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 101,9 faiz çox olub. Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib.
 

DİGƏR Xəbərlər Arxiv