Xəbərlər
Müdafiə naziri Zakir Həsənov Xorvatiya və Sloveniyada hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək
Azərbaycan Respublikası müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.
Müdafiə naziri Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.