YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı Yavər Əliyev 38 ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

           Oktyabrın 21-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Yavər Əliyev 38 ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

 Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

            Hesabat-seçki yığıncağının gündəliyi təsdiq edildikdən sonra təşkilatın sədri Şahin Allahverdiyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları Yavər Əliyev 38 ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər.

            Gündəlikdə duran 2-ci məsələ ilə bağlı iclas iştirakçıları Yavər Əliyev 38 ərazi partiya təşkilatının sədri vəzifəsinə Türkan Məmmədovanın namizədliyi irəli sürüblər. Səsvermə yolu ilə Türkan Məmmədovanın namizədliyi təsdiq edildikdən sonra təşkilatın fəallarından olan Sevinc İsmayılovanın Yavər Əliyev 38 ərazi partiya təşkilatı sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermə yolu ilə Sevinc İsmayılovanın namizədliyi təsdiq edilib.

            Yığıncaqda çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki zəngin ideoloji bazaya malik olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurduğu  YAP bu gün nəinki Cənubi Qafqazın, dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Populyarlığına, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur.

            İclasın sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarına müvafiq tövsiyyələrini verib.