YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda şəhid Rəsul Qazımətovun ildönümü mərasimi keçirilib

Qusar rayonunun Qayakənd kəndində Vətən müharibəsi şəhidi Qazımətov Rəsul Kamaləddin oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının fəalları, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları və kənd ictimaiyyətinin nümayəndələri qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhid ailəsi ilə görüşən Milli Məclisin deputatı Azər Badamov onların qayğı və problemləri ilə maraqlanıb. Ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Rəsul Qazımətov Vətən müharibəsində göstərdiyi fədakarlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.