YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Əfqan Axundovun xatirə bulağının açılışı olub

Salyan şəhərində İkinci Qarabağ müharibəsinin şəhidi Axundov Əfqan Hüseyn oglunun əziz xatirəsinə tikilmiş bulağın açılışı olub.

Açılışda Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatını rəhbərliyi və fəalları, eyni zamanda, şəhid ailə üzvləri, qazilər və rayon sakinləri iştirak ediblər.

Şəhidin ailəsi xatirə bulağının açılışını şəhidin xarirəsinə dərin hörmət əlaməti kimi dəyərləndirərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov şəhid ailələrinə təskinlik verərək qeyd edib ki, şəhid anası və atası, onun övladları, həyat yoldaşı daim qürurla və başı uca gəzməlidirlər. Çünki onlar xalqımız və dövlətimiz üçün canlarını əsirgəməyən ən dəyərli Vətən övladlarıdırlar.