YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzulidə hava limanının fəaliyyət göstərməsi Azərbaycanın turizm imkanlarının artması üçün əlavə imkanlar vəd edir

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Füzulinin azad olunmasının bir ilinin tamamında cənab prezidentin bölgəyə növbəti səfəri baş tutdu. Füzulidə olan abadlıq işləriylə tanış olan ölkə başçısı bu rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.

Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha göstərdi. Prezident İlham Əliyev ilk gündən Füzuli Hava Limanını Qarabağın hava qapısı adlandırıb.

Füzuli Hava Limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar yaradacaqdır.

Füzulidə hava limanının fəaliyyət göstərməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, o cümlədən turizm imkanlarının artması üçün əlavə imkanlar vəd edir.

Bildiyimiz kimi işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir. 

Cənab prezident çıxışı zamanı qeyd edib ki,  Şuşaya qədər Zəfər yolu çəkilib başa çatıb və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Həmçinin hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün isə Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Bütün bunlar quruculuq işlərinin sürətini və əyaniliyini göstərir. Azərbaycan hökumətinin əsas məqsədi tezliklə məcburi köçkün və qaçqınların öz doğma dədə-baba torpaqlarında yüksək həyat şəraitilə təmin olunmasıdır.