YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Şəhid Elvin Qurbanovun anım tədbiri keçirilib

Qusarda Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə fədakarlıqla  döyüşən şəhid Qurbanov Elvin Elmar oğlunun anım tədbiri keçirilib.

İldönümü mərasiminə YAP Qusar rayon təşkilatının rəhbərliyi, Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti qatılıb.

Tədbir iştirakçıları şəhidin Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailəsini ziyarət edərək qayğı və problemləri ilə maraqlanıblar. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Qurbanov Elvin Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.