YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Kamilə Əliyeva şəhidlərin anım tədbirlərində iştirak edib

Balakəndə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Paxırov Elsevər Eyvaz oğlu, Rəşidov Tural Fazil oğlu və Məmmədov Kamal Şamil oğlunun dəfn olunduqları Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Kamilə Əliyeva, rayon ictimaiyyəti və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində qazanılan qələbə haqqında danışan Kamilə Əliyeva prezidentin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

Daha sonra Hənifə kənd qəbiristanlığında dəfn olunan şəhid Yüzbaşıyev Cavid Cavanşir oğlunun da məzarı ziyarət edilib, ruhuna dualar oxunub.