YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şaiq Kəlbiyevin Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Şəhidin anım mərasimində YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək Şaiq Kəlbiyevlə bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin,  bir qrup Qarabağ qazisi rayon rəhbərliyi ilə görüşərək şəxsi problemlərinin həllinə, o cümlədən işlə təmin olunmalarına kömək edilməsini xahiş ediblər.

DİGƏR Xəbərlər Arxiv