YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən şəhidimizin anım mərasimində iştirak edib

Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü ilə fəaliyyət göstərən "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Ucar rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələri ziyarət edilib.

Milli Məclisin deputatı Ramil Həsən, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayyəndələri Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Şəhid Elnur Hacıyevin və digər Şəhidlərimizin məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları şəhidlərimizin ruhlarına dua oxuyub, məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra Şəhidimizin evində təşkil olunmuş xatirə mərasimində çıxış edən Ramil Həsən Şəhidimizə Allahdan rəhmət diləyib. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Zəfər savaşının məhz  şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda 30 ildən sonra qəhrəman ordumuzun düşmən tapdağından torpaqlarımızı azad etdiyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv