YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüş Vətən uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP Yasamal rayon təşkilatının gördüyü işlərdən söz açaraq qeyd edib ki, ərazi partiya təşkilatlarının səmərəli fəaliyyəti rayon təşkilatının ümumi işinin tərkib hissəsidir. Ərazi partiya təşkilatları ilk olaraq partiya üzvləri ilə fərdi qaydada işləməli, onlar arasında ünsiyyəti və qarşılıqlı əlaqəni həyata keçirməlidir.

Daha sonra müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilatlarının təşkilati məsələlərinə baxılıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarına müvafiq tövsiyyələrini verib.

DİGƏR Xəbərlər Arxiv