YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalan şəhərində Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun anım günü qeyd olunub

Naftalan şəhərində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun şəhadətinin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

YAP Naftalan şəhər təşkilatının sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev və aparatın əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar.

Daha sonra YAP Naftalan şəhər təşkilatının kollektivi şəhid Fərid Adıgözəlovun anım mərasimində iştirak ediblər. YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev Vətən Müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsinin qayğıları ilə maraqlanıb, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləyib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.