YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş təsdiqlənib

Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş təsdiqlənib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitənin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, sazişin məqsədi Azərbaycan və Norveç vətəndaşlarına 180 gün ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılıqlılıq prinsipi əsasında sadələşdirməkdir.
Bildirilib ki, Saziş 13 maddədən ibarətdir. Diplomatik pasportlara malik olan hər iki ölkənin vətəndaşları Azərbaycan və Norveç ərazilərinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.
 

DİGƏR Xəbərlər Arxiv