YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə rayon təşkilatının sədri Namiq Əhmədov, ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tarixi günün əhəmiyyətindən danışan Namiq Əhmədov Azərbaycan xalqının ötən əsrin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edərək müstəqilliyini yenidən bərpa etdiyini bildirib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələrinin hökm sürdüyü zamanda Azərbaycan xalqının təkidilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması nəticəsində ölkədə sabitlik təmin olundu.

183 saylı tam orta məktəbin direktoru Rəhilə Abbasova da Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olması isə prezident İlham Əliyevin adı ilə bağlıdır.

Çıxış edən digər tədbir iştirakçıları da müstəqilliyimizin bərpasının əhəmiyyətindən, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs ediblər.