YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycandakı tolerantlıq mühiti ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatası martın 3-də keçirilən plenar iclasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamə qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu sənədin qəbulunda təşəbbüskar olan qanunvericilərlə əlaqə saxlayaraq onlara və Nümayəndələr Palatasının digər üzvlərinə təşəkkür edib, Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunəvi model olduğunu bildirib.
Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, ölkəmizdə qədim zamanlardan müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqları bildirilir. Həmçinin qeyd edilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi ölkədə belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynayır və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləyir.
Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qətnamədə bu sənədin surətinin ABŞ Prezidentinə, dövlət katibinə, Konqresinə, Nyu-Meksikonu Konqresdə təmsil edən senator və konqresmenlərə göndəriləcəyi bildirilir.
Qeyd edək ki, bu qətnamə ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ikinci sənəddir. İlk belə sənəd bu il fevralın 23-də Nyu-Meksiko ştatı Senatında qəbul olunub.

 

DİGƏR Xəbərlər Arxiv