YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının piyada əleyhinə minaların məhv edilməsi üzrə milli komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qonaqları salamlayan müdafiə naziri Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra azad olunan ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə bağlı məlumat verib.

J.Çeşnel isə öz növbəsində Vətən müharibəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib.