YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllıda şəhid Cəmil Məmmədlinin ildönümü qeyd edilib

İsmayıllı rayonunda müstəqil Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək həlak olmuş Cəmil Məmmədlinin ildönümü qeyd olunub.

Mərasimdə  Yeni Azərbaycan Partiyası İsmayıllı rayon  təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova və partiya fəalları, Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, valideyinlərinə başsağlığı verilib.

Qeyd edək ki, Şəhid Məmmədli Cəmil Habil oğlu 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-nə keçən gecə Hadrut döyüşü zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

DİGƏR Xəbərlər Arxiv