YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız 2003-cü il seçkilərində bir daha Heydər Əliyev siyasi kursuna inamını nümayiş etdirdi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatı      

sədrinin səlahiyyətlərini icra edən

Mən ona özüm qədər inanıram”

Xalq 2003-cü ildə öz liderinin çağırışına səs verməklə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, daha xoşbəxt gələcəyinə səs vermiş oldu

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində iştirak etmiş seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına sadiqliyini nümayiş etdirdi. Azərbaycan xalqı seçki məntəqələrinə gələrək İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Əslində 15 oktyabrda seçki məntəqələrində əldə edilmiş nəticə oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin və öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsi ilə bağlı çağırışının məntiqi nəticəsi idi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq öz liderinin çağırışına səs verməklə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, daha xoşbəxt gələcəyinə səs vermiş oldu. Ötən müddət Ulu Öndər Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu bir daha sübuta yetirdi.

Möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Onun siyasi fəlsəfəsinin əsasında müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, eləcədə vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz siyasətinin nəticəsi idi ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını onun hakimiyyətdə olduğu dövrdə daim artmışdır.

Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülməsi istiqamətində Sərəncamlar imzaladı. Onun rəhbərliyi altında iqtisadiyyatın diversifkasiyalaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Həmçinin neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar bu gün əldə edilən uğurların təməlini qoydu.

Prezident İlham Əliyev seçki kampaniyalarında xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirməklə yanaşı hər zaman ölkənin gələcək prioritet istiqamətlərini müəyyənləşdirdi. Məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ildə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsi nəticəsində bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün İlham Əliyev bir lider kimi, ölkədə milli-mənəvi dəyərləri təmin edən, cəmiyyətdə müsbət əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən əsas qüvvədir. Məhz onun bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün xalqımız qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin nəticəsidir. Bu, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin uğurudur.